Peşə Təhsili üzrə Dövlət Agentliyi və İCMA əməkdaşlığa başlayır
Peşə Təhsili üzrə Dövlət Agentliyi və İCMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən görüşdə peşə təhsilinin inkişafı, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində müzakirələr aparılıb.
Görüş zamanı sahibkarlar və işəgötürənlər tərəfindən peşə təhsili sahəsinin inkişafına dair fikir və təkliflər səsləndirilib, əmək bazarının mövcud çağırışları və ehtiyacları ətrafında qarşılıqlı müzakirələr aparılıb.
Görüş çərçivəsində dövlət–özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə İCMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb.



