Peşə təmayüllü siniflər olan məktəblərin sayı açıqlandı

22 Dekabr, 2025 - 12:19
Peşə təmayüllü siniflər olan məktəblərin sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 65 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunur.

BŞTİ-yə "Azərbaycan müəllimi"nə bildirilib ki, təhsil müəssisələrində fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.