Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq

18 May, 2026 - 13:46
Prezident İlham Əliyev: Biz qədim tariximizlə qürur hissi duyuruq

Biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı səsləndirib.

Bizim vəzifəmizin bunları növbəti nəsillər üçün qorumaq olduğunu vurğulayan dövlətimizin başçısı əminliyini bildirib ki, növbəti nəsillər də öz vəzifələrini yerinə yetirəcəklər.

Dövlət başçısı çıxışında bunu da qeyd edib:

"Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq".