Prezident İlham Əliyev: “Böyük Qayıdış” Proqramı uğurla icra edilir 

15 Sentyabr, 2026 - 16:45
Prezident İlham Əliyev: “Böyük Qayıdış” Proqramı uğurla icra edilir 

“Qarabağa səfəriniz çox maraqlı olacaq. Çünki siz dirçələn Qarabağı da görəcəksiniz”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısında çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır: “Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır. Yəni həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir. Xalqımız 30 il ərzində əzab-əziyyət içində yaşayıb. Bu gün isə qalib xalq kimi, müzəffər dövlət kimi yaşayırıq”.