“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrılıb -SƏRƏNCAM
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 1 milyon manat vəsait ayrılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ayrılacaq.
Maliyyə Nazirliyinə müvafiq maliyyələşməni təmin etmək tapşırılıb.
Bundan əlavə, “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında Prezidentin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi yeni Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.




