Prezident İlham Əliyev: Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindəndir
“Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşündə deyib.
“Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram”, - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev Peter Pelleqrinini Qarabağda qəbul etməyin xüsusilə xoş olduğunu vurğulayıb.
Dövlət başçısı Peter Pelleqrininin sabah Bakıda olacağını da qeyd edib.




