Prezident İlham Əliyev: Son 20 ildə Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi yaradılıb
"Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsi, - onların bir neçəsi xarici tərəfdaşlarla birlikdə, - yaradılıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, məsələn, ikisi Rusiya, biri Fransa, biri Türkiyə, biri də İtaliya ilə – beş.
"Qalanını da özümüz, o cümlədən Xankəndi Universiteti. Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq".


