Qabiliyyət imtahanlarında iştirak etmək istəyən musiqiçilərin NƏZƏRİNƏ!
2026/2027-ci tədris ili üçün Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib konsertmeysterin buraxılış vərəqəsini çap edib imtahan binasına gələ bilərlər.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Konsertmeysterlərin nəzərinə çatdırırıq ki, müşayiət edəcəyi abituriyentin imtahana buraxılış vərəqəsi çıxdıqdan sonra onlar özləri üçün buraxılış vərəqəsi çap edə bilərlər. Bir konsertmeyster bir növbə ərzində maksimum üç abituriyenti müşayiət edə bilər.
Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra "əlavə et" düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib "Axtar" düyməsini basmaq lazımdır.




