Qarabağ Universiteti vakansiya elan edir

25 İyul, 2026 - 19:18
Qarabağ Universiteti vakansiya elan edir

Qarabağ Universiteti rəqəmsal transformasiya prosesini sürətləndirmək və daxili veb-platformalarını inkişaf etdirmək məqsədilə “Web Developer – PHP/Backend” vakansiyasını elan edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitet innovativ iş mühitində peşəkar inkişafa maraq göstərən mütəxəssisləri komandasına dəvət edir.

Əsas iş öhdəlikləri:

* Universitetin daxili sistemlərinin və veb-platformalarının təhlükəsizliyini təmin etmək.

* Drupal CMS və müxtəlif framework-lərin arxitekturasını mənimsəmək.

* Layihələrin backend və modul infrastrukturunu qurmaq.

* Verilənlər bazasının (MySQL, PostgreSQL) sorğularını optimallaşdırmaq.

* RESTful API-lar hazırlamaq və texniki sənədləşmə işlərini aparmaq.

Namizədə dair tələblər:

* İT və ya proqramlaşdırma sahəsi üzrə ali təhsil.

* PHP proqramlaşdırma dili üzrə ən azı 2-3 il iş təcrübəsi.

* Laravel, Symfony və ya Drupal platformaları ilə iş bacarığı.

* Git, HTML5, CSS3, JavaScript və Linux üzrə təməl biliklər.

Müvafiq tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “Web Developer - PHP/Backend” yazaraq hr@qu.edu.az ünvanına göndərə bilərlər. Yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.