Təhsil müəssisələrində qış mövsümünə hazırlıq işləri aparılıb
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 2026–2027-ci tədris ilinin payız-qış mövsümünə hazırlıq məqsədilə zəruri işlər görülüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, hazırlıq çərçivəsində istilik sistemləri və qazanxanaların vəziyyəti qiymətləndirilib, avadanlıqların işləkliyi yoxlanılıb və müvafiq texniki tədbirlər həyata keçirilib.
Bununla yanaşı, müəssisələrin məsul əməkdaşları pelet sobalarının təhlükəsiz istismarı, yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydaları barədə təlimatlandırılıblar.
Həyata keçirilən tədbirlər soyuq mövsümdə təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına, təlim-tədris prosesinin fasiləsizliyinə və təhlükəsiz təhsil mühitinin qorunmasına yönəlib.




