“Gələcəyin kənd təsərrüfatı 2026” mövzusunda konfrans keçirilib

20 Noyabr, 2026 - 17:20
“Gələcəyin kənd təsərrüfatı 2026” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşəbbüsü və təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” çərçivəsində “Gələcəyin Kənd Təsərrüfatı 2026: Elm, innovasiya və dayanıqlılıq” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə TECHERA və GBARU şirkətlərinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və ADAU-nun rəsmi tərəfdaşlığı ilə keçirilən “REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisi”ndə universitet öz stendi ilə təmsil olunaraq elmi potensialını, təhsil imkanlarını, innovativ layihələrini və aqrar sahə üzrə fəaliyyət istiqamətlərini təqdim edib.

Konfransda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransın açılışında ADAU-nun rektoru Zəfər Qurbanov aqrar sektorun gələcək inkişafında elmi tədqiqatların, innovasiyaların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin əhəmiyyətini vurğulayıb. O, müasir çağırışların universitetlər, elmi-tədqiqat müəssisələri və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini, elmi nəticələrin istehsalata tətbiqini zəruri etdiyini qeyd edib.

Rektor konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini, elm komitəsi tərəfindən 237 tezisin qəbul olunduğunu bildirib. Elmi materialların 42 ali təhsil və elmi-tədqiqat müəssisəsini əhatə etdiyini, ümumilikdə 369 müəllifin iştirak etdiyini deyərək, onlardan 107-nin ADAU-nu, 262-nin isə digər qurumları təmsil etdiyini vurğulayıb. Qəbul olunan tezislər arasında 97 magistrant və 28 doktorantın elmi işlərinin yer alması gənc tədqiqatçıların konfransa marağını göstərdiyini qeyd edən Zəfər Qurbanov, həmçinin, konfrans çərçivəsində 4-ü əyani, 3-ü onlayn olmaqla, ümumilikdə 7 bölmə iclasının keçiriləcəyini bildirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin elmi, təhsil və iqtisadi inkişafındakı mövqeyini bildirərək, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov aqrar sektorun ölkənin iqtisadi potensialının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıblar. Onlar kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin, eləcə də aqrar sahə üzrə dövlət siyasətinin prioritetlərinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov aqrar sektorda rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqindən bəhs edib. O, universitetlər və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin, elmi tədqiqatların praktikaya tətbiqinin və tələbələrin innovativ layihələrə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov “Zaqatala – gələcəyin kənd təsərrüfatı” mövzusunda təqdimatla çıxış edərək regionun aqrar potensialı, inkişaf perspektivləri və müasir texnologiyaların tətbiqi imkanlarından danışıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun direktoru Zaur İmrani iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, təbii resurslardan səmərəli istifadə, torpaq və su ehtiyatlarının qorunması məsələlərinə toxunaraq aqrar inkişafda elmi-coğrafi və ekoloji yanaşmaların əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Naxçıvan Dövlət Universitetinin Biologiya kafedrasının müdiri Bəhruz Bayramov çıxışlarında aqrar sahənin inkişafında iqtisadi təhlillərin, elmi tədqiqatların və bioloji yanaşmaların əhəmiyyətindən danışıblar. Onlar kənd təsərrüfatının inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, biomüxtəlifliyin qorunması, təbii resurslardan səmərəli istifadə və ekosistemlərin davamlılığının təmin olunması məsələlərinə toxunublar.

Konfrans aqrar iqtisadiyyat və aqrobiznes, bitkiçilik və torpaqşünaslıq, dayanıqlı kənd təsərrüfatı, aqromühəndislik və mexanikləşdirmə, rəqəmsal texnologiyalar, eləcə də mütəxəssis hazırlığı istiqamətləri üzrə bölmə iclasları ilə davam edib. İclaslarda elmi məruzələr dinlənilib, müvafiq sahələr üzrə aktual məsələlər və inkişaf perspektivləri müzakirə olunub.