BDU-da “Maliyyə savadlılığı” mövzusunda master-klas təşkil olunub

20 Noyabr, 2026 - 12:27
BDU-da “Maliyyə savadlılığı” mövzusunda master-klas təşkil olunub

İqtisadçı-alim, hüquqşünas, Dünya Bankının Azərbaycanda "Business Ready" layihəsi üzrə eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müşaviri Nazim Şükürov Bakı Dövlət Universitetində (BDU) “Maliyyə savadlılığı” mövzusunda master-klas keçib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “BDU könüllüləri” təşkilatı və 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəxsi büdcənin idarə olunması, gəlir və xərclərin düzgün planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması, maliyyə resurslarından səmərəli istifadə və düşünülmüş maliyyə qərarlarının qəbulu kimi məsələlərə toxunulub.

Master-klasın əsas məqsədi könüllülərin maliyyə savadlılığını artırmaq, onların şəxsi maliyyənin idarə olunması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, gündəlik həyatda düzgün maliyyə qərarları vermək vərdişlərini təşviq etmək olub.