Məktəblərdə sosial-emosional öyrənmə üzrə təlimlər başa çatıb

19 Noyabr, 2026 - 18:30
Məktəblərdə sosial-emosional öyrənmə üzrə təlimlər başa çatıb

Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində orta ümumtəhsil müəssisələrində çalışan məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimləri başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimlərdə Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərinin, eləcə də Abşeron, Ağcabədi, Astara, Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik və Qazax rayonlarının orta ümumtəhsil müəssisələrində çalışan psixoloqlar və təhsil işçiləri iştirak ediblər. Təlimlərin məqsədi məktəblərdə müəllim, şagird və valideyn arasında əməkdaşlığın gücləndirilməsinə, şagirdlərin sosial-emosional inkişafını və akademik nailiyyətlərini dəstəkləyən mühitin formalaşdırılmasına töhfə vermək olub. Təlimlərdə məktəb psixoloqlarının psixoloji qiymətləndirmə alətlərindən istifadə bacarıqlarının inkişafına, uşaq birliyi təşkilatı rəhbərlərinin isə şagirdlərlə iş və kollektiv fəaliyyətlərin təşkili üzrə peşə hazırlığının təkmilləşdirilməsinə diqqət yetirilib.

Məşğələlərdə şagirdlərdə müşahidə olunan psixoloji və davranış çətinliklərinin müəyyənləşdirilməsi, məktəbdə psixodiaqnostik işin təşkili və qiymətləndirmə məqsədinə uyğun alətlərin seçilməsi mövzuları əhatə olunub. Anket və sorğuların, obyektiv testlərin, adaptasiya olunmuş və proyektiv metodikaların tətbiqi praktik nümunələr əsasında izah edilib. Şagirdlərin ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, kollektiv fəaliyyətlərin təşkili və onların məktəb həyatına fəal cəlb olunması məsələləri də müzakirə edilib.

Əyani formada keçirilən təlim proqramı 24 akademik saatı əhatə edib. Proqram iştirakçıların ilkin bilik və bacarıqlarının müəyyənləşdirilməsi üçün diaqnostik qiymətləndirmə ilə başlayıb. Sonrakı məşğələlərdə nəzəri biliklər praktik tapşırıqlarla möhkəmləndirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutu məktəblərdə psixoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə, elmi yanaşmaların praktik fəaliyyətə tətbiqinə və şagirdlər üçün sağlam, təhlükəsiz və dəstəkləyici məktəb mühitinin formalaşdırılmasına yönələn əməkdaşlıq layihələrini davam etdirəcək.