Təhsil müəssisələrinə ayrılan kompüterlərin sayı 236 mini ötüb

20 Noyabr, 2026 - 10:30
Təhsil müəssisələrinə ayrılan kompüterlərin sayı 236 mini ötüb

Azərbaycanda təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı istiqamətində göstəricilər ildən-ilə artıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib. 

Təqdim olunan statistikaya əsasən, 2018-ci ildə təhsil müəssisələrinə 20 900 kompüter paylandığı halda, 2019-cu ildə bu rəqəm 21 150 olub.

Sonrakı illərdə kompüterlərin sayında daha ciddi artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 36 934, 2021-ci ildə 57 008, 2022-ci ildə 100 508, 2023-cü ildə 145 508, 2024-cü ildə isə 189 085 kompüter təhsil müəssisələrinə paylanıb.

2025-ci ildə bu göstərici 236 295-ə çatıb.

Statistikada şagirdlərin kompüterlə təminat nisbətində də müsbət dinamika əks olunub. Belə ki, 2018-ci ildə hər 32 şagirdə bir kompüter düşdüyü halda, 2025-ci ildə bu göstərici hər 7 şagirdə bir kompüter təşkil edib.

Qeyd olunub ki, 2026-cı ilin sonuna şagird-kompüter nisbətinin 1:6 olması nəzərdə tutulur.