ASA-ya beynəlxalq mükafat təqdim edildi
Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayevanın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 19-da Qazaxıstanın paytaxtı Astanada keçirilən “QS Avrasiya Forumu 2026”ya qatılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, forum çərçivəsində Akademiyaya “QS 5 Stars” beynəlxalq mükafatı təqdim olunub.
Qeyd edək ki, ASA dunyada “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə – 5 ulduz (“Mükəmməl”) əldə edən ilk idman profilli ali təhsil müəssisəsidir.




