Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb

19 Noyabr, 2026 - 12:44
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb

Ümumi təhsil müəssisələrində çalışan ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Təhsil, elm və mədəniyyət” statistik məcmuəsində öz əksini tapıb.

2025-ci ilin oktyabrına olan statistikaya əsasən, fizika fənnini tədris edən müəllimlərin hamısı ali təhsillidir.

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 98,4 faizi ali, 1,6 faizi isə orta ixtisas təhsillidir. Tarix fənni üzrə müəllimlərin 99,6 faizi, informatika üzrə 87,2 faizi, ingilis dili üzrə 80 faizi, riyaziyyat üzrə 99,6 faizi, kimya, coğrafiya, biologiya fənləri üzrə isə 99,9 faizi ali təhsillidir.