Bu il kolleclərə 22 mindən çox tələbə qəbul olub

20 Noyabr, 2026 - 15:47
Bu il kolleclərə 22 mindən çox tələbə qəbul olub

2026/2027-ci tədris ili üzrə 61 orta ixtisas təhsili müəssisəsinə ümumilikdə 22 071 nəfər qəbul olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib.

Onun sözlərinə görə, cari tədris ili üçün orta ixtisas təhsili müəssisələrində 25 310 plan yeri ayrılıb. Qəbul olunan tələbələrin 85 faizi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin payına düşüb.