Kolleclərə qəbul olunanların 64,7 faizi qadınlardır

20 Noyabr, 2026 - 15:55
Kolleclərə qəbul olunanların 64,7 faizi qadınlardır

2021–2026-cı illərdə orta ixtisas təhsili müəssisələrinə qəbul olunan tələbələrin 64,7 faizini qadınlar, 35,3 faizini isə kişilər təşkil edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri”nin müzakirəsində Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva bildirib.

Onun sözlərinə görə, qeyd olunan dövrdə kolleclərə 84 461 qadın, 46 142 kişi qəbul olunub. Hesabat dövründə qəbul olunan kişilərin sayında 7 faiz azalma, qadınların sayında isə 17,3 faiz artım qeydə alınıb.