Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub

1 Oktyabr, 2026 - 09:37
Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Regional Kollecinin yeni direktoru Nigar Səfxanova kollektivə təqdim olunub.

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Nigar Səfxanova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində "Filologiya" (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə bakalavr təhsili alıb. 2023–2025-ci illərdə ADA Universitetində Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsilini tamamlayıb.

N.Səfxanova 2018-ci ildən pedaqoji fəaliyyət göstərir. O, 2018–2022-ci illərdə Göygöl rayonu Üçbulaq kənd ümumi orta məktəbində müəllim, 2022–2024-cü illərdə isə həmin məktəbdə direktor vəzifəsində çalışıb. 2024-cü ilin oktyabr ayından etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2025-ci ildən son təyinatınadək isə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. 

Gəncə Regional Kollecinin yeni direktoru kollektivə təqdim olunub