Humanitar Kollecdə baş verən insidentlə bağlı AÇIQLAMA

4 Noyabr, 2026 - 16:37
Humanitar Kollecdə baş verən insidentlə bağlı

"Noyabrın 2-də Humanitar Kollecin tələbələri arasında dərsdənkənar vaxtda insident baş verib".

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq kollecdən məlumat verilib.

Bildirilib ki, hadisənin başvermə şəraiti və təfərrüatları ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır:

"Xəsarət alan tələbəyə müvafiq tibbi yardım göstərilib, hazırda səhhətinin qənaətbəxş olduğu bildirilib. Hadisənin təfərrüatları ilə bağlı rəsmi araşdırmanın nəticələrini gözləməyi və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyi xahiş edirik", – deyə kollecin məlumatında qeyd olunur.