ARTİ-də doktorant və gənc tədqiqatçılar üçün yeni metodiki təlimat hazırlanıb
Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat fəaliyyətlərində dəstək göstərmək üçün “Kəmiyyət tədqiqat metodu” mövzusunda təlimat sənədi hazırlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimatın məqsədi elmi araşdırmaya yeni başlayan gənc tədqiqatçılara kəmiyyət tədqiqatının planlaşdırılması və həyata keçirilməsi üzrə istiqamət verməkdir.
Təlimat materialı kəmiyyət tədqiqat metodunun mahiyyəti və tətbiqi, hipotezlərin formalaşdırılması, dəyişənlərin müəyyənləşdirilməsi və ölçülməsi kimi mühüm məsələləri əhatə edir. Sənəddə anketlərin hazırlanması və tətbiqi, məlumatların təhlili üçün statistik analiz texnikalarının seçilməsi mövzularına da yer verilir.
Təlimat materialı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.




