ADPU-da sağlam həyat tərzinə həsr olunmuş seminar baş tutub

20 Noyabr, 2026 - 17:12
ADPU-da sağlam həyat tərzinə həsr olunmuş seminar baş tutub

Noyabrın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkotikaya yox deyək, sağlam həyat tərzi seçək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna uyğun yetişdirilməsinin əhəmiyyətindən danışıb. O, sağlam cəmiyyətin formalaşmasının sağlam düşüncəli, bilikli və məsuliyyətli gəncliyin yetişdirilməsindən başladığını qeyd edib. Gənclərin zərərli vərdişlərdən qorunmasının, onların asudə vaxtının səmərəli təşkilinin, ictimai fəallığının və sağlam həyat tərzinə bağlılığının artırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, narkomaniyaya qarşı mübarizə yalnız hüquqi və tibbi tədbirlərlə məhdudlaşmamalı, bu istiqamətdə ailə, təhsil müəssisələri və ictimaiyyətin birgə fəaliyyəti gücləndirilməlidir.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında gənclərin sağlam, savadlı və geniş dünyagörüşünə malik vətəndaşlar kimi yetişdirilməsinin dövlətin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı dövrdən etibarən gənclərin təhsilinə, xüsusilə onların keçmiş SSRİ-nin və dünyanın qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsinə göstərilən diqqəti xatırladıb. Qeyd edib ki, həmin dövrdə əsası qoyulan təhsil ənənələri sonrakı illərdə dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Professor gənclərin ölkənin intellektual potensialını və gələcəyini müəyyən edən əsas qüvvə olduğunu vurğulayaraq onların yalnız akademik biliklərə deyil, həm də sağlam həyat tərzinə, yüksək mənəvi dəyərlərə və sosial məsuliyyətə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb. Narkomaniyanın gənclərin fiziki və mənəvi sağlamlığına, eləcə də cəmiyyətin inkişafına ciddi təhlükə yaratdığını bildirən Asəf Zamanov bu problemin qarşısının alınmasında maarifləndirmə və profilaktik tədbirlərin xüsusi rolunu qeyd edib. Daha sonra professor “Narkomaniyanın qarşısının alınması və profilaktika” mövzusunda təqdimatla çıxış edib.

Səbail Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Nəriman Bayramov narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə mübarizə istiqamətində görülən işlərdən, hüquq-mühafizə orqanlarının praktiki fəaliyyətindən bəhs edib. O, narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, bu sahədə hüquqi məsuliyyət və profilaktik tədbirlərin əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

“Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Müqamət Əliyev rəhbərlik etdiyi təşkilatın gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı maarifləndirmə istiqamətində fəaliyyətindən danışıb. O, narkomaniyaya qarşı mübarizənin yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb etdiyini bildirib.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev çıxışında gənclərin sosial məsuliyyətinin artırılması, sağlam mənəvi dəyərlər əsasında formalaşdırılması və onların zərərli vərdişlərdən qorunmasında ali təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən bəhs edib. O, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbir narkomaniyanın fəsadları, onun qarşısının alınması və gənclər arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı fikir mübadiləsi ilə davam edib.