Qarabağ Universiteti vakansiya elan edir

30 Oktyabr, 2026 - 17:33
Qarabağ Universiteti vakansiya elan edir

Qarabağ Universiteti Riyaziyyat və kompüter elmləri fakültəsi üçün proqram rəhbəri vakansiyası elan edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, tam ştat fəaliyyət göstərəcək namizədlər üçün əsas məlumatlar və tələblər aşağıdakı kimidir:

Əsas öhdəliklər: Təhsil proqramlarının və tədris planlarının əmək bazarının tələblərinə və yerli/beynəlxalq standartlara uyğun idarə edilməsi, tədris prosesinin və akademik heyətin koordinasiyası, akkreditasiya proseslərinin idarə olunması.

Namizədə dair tələblər: Müvafiq sahə üzrə doktorluq dərəcəsi və minimum 3 il elmi-pedaqoji təcrübə, kurikulum hazırlama və təhsil keyfiyyətinin təminatı üzrə biliklər, Azərbaycan dilində mükəmməl, ingilis dilində isə ən azı B2 səviyyəsində yazı və ünsiyyət bacarığı.

Təklif olunan üstünlüklər: Rəqabətqabiliyyətli əməkhaqqı, Xankəndi şəhərində mənzil təminatı, elmi-tədqiqat yönümlü beynəlxalq akademik mühit və peşəkar inkişaf imkanları.

Maraqlanan şəxslər CV-lərini 30 Noyabr 2026-cı il tarixinədək mövzu hissəsinə “Proqram rəhbəri – Riyaziyyat və kompüter elmləri fakültəsi” yazaraq hr@qu.edu.az ünvanına göndərə bilərlər.