Qarabağ Universitetinin dekanı Çində beynəlxalq musiqi festivalında çıxış edib
Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadənin Çin Respublikasına səfəri baş tutub.
"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Zheijang Konservatoriyasında keçirilən 6-cı Hangzhou Beynəlxalq Müasir Musiqi Festivalında Türkər Qasımzadənin əsərləri Hangzhou Dövlət Filarmonik Orkestri (dirijor: Kyle Pickett - ABŞ) və Moskva Müasir Musiqi Ansamblı tərəfindən səsləndirilib.
T.Qasımzadə eyni zamanda "Artinno Awards" kamera operası müsabiqəsinin final mərhələsində juri olaraq iştirak edib. Qasımzadənin Zheijang Konservatoriyası tələbələri üçün məruzəsi də təşkil olunub. Məruzə zamanı və festivalın açılış mərasimindəki nitqində Qasımzadə Qarabağ Universiteti haqqında məlumatları festival iştirakçıları və Zheijang Konservatoriyasının professor və tələbə heyətinin diqqətinə çatdırıb.
Səfərlə bağlı ətraflı məlumatlar Çin Respublikasının bir sıra KİV-i tərəfindən geniş işıqlandırılıb.



