Qarabağ Universitetinin əcnəbi müəllimləri hansı fakültələrdə dərs deyirlər? 

29 Sentyabr, 2026 - 10:32
Qarabağ Universitetinin əcnəbi müəllimləri hansı fakültələrdə dərs deyirlər? 

Qarabağ Universitetində ABŞ, Türkiyə, Kanada, Qırğızıstan, İordaniya, Belçika və Türkmənistan vətəndaşı olan əcnəbi müəllimlər çalışırlar.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Qarabağ Universitetinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici mütəxəssislər ali təhsil müəssisəsinin İncəsənət, Biznes və iqtisadiyyat, Humanitar və sosial elmlər, eləcə də Riyaziyyat və İT elmləri fakültələrində dərs deyirlər.