Qarabağ Universitetinin qəbul planı artırılır
Növbəti tədris ili üçün Qarabağ Universitetinin proqnozlaşdırılan plan yerlərinin sayı açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Nazir qeyd edib ki, 2025-2026-cı tədris ilində ali təhsil müəssisəsində təxminən 1500 tələbə təhsil alacaq.
Gələcəkdə Qarabağ Universitetində fakültələrin sayı təxminən 10-12 olacaq, təhsilin 3 səviyyəsi (bakalavriat, magistratura və doktorantura) üzrə təhsil alan tələbə və tədqiqatçıların sayı isə 10 minə çatdırılacaq.



