Qəbələ Peşə Təhsil Mərkəzində şəxsi inkişaf dərsi keçirilib

2 İyun, 2026 - 10:32
Qəbələ Peşə Təhsil Mərkəzində şəxsi inkişaf dərsi keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Şəxsi inkişaf və karyera planlaşdırılması modulu üzrə tədris aparan müəllim Nazpəri Məmmədli tərəfindən tələbələr üçün “Uğurlu olmaq üçün özünü tanı” mövzusunda xüsusi dərs keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, dərsdə qeyd olunub ki, uğura aparan yol özünü tanımaqdan başlayır və insan öz qabiliyyət, maraq və potensialını düzgün dəyərləndirməlidir.

Dərsin əsas məqsədi tələbələrin özlərini daha yaxından tanımalarına və gələcək peşə seçimində daha düzgün qərarlar vermələrinə dəstək olmaq olub.

Mövzu çərçivəsində peşə seçimi, motivasiya, sağlam münasibətlər və özünəinamın uğura təsiri barədə məlumat verilib. Tələbələrə qərarlarını öz istək və məqsədləri əsasında formalaşdırmağın vacibliyi vurğulanıb.
Dərs interaktiv müzakirələr və mövzuya uyğun videoçarxla davam etdirilib.