Qəbələdə gənclər erkən nikah və zərərli vərdişlərə qarşı maarifləndirilib

15 May, 2026 - 17:24
Qəbələdə gənclər erkən nikah və zərərli vərdişlərə qarşı maarifləndirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər və erkən nikah” mövzusunda maarifləndirici tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin zərərli vərdişlərin fəsadları və erkən nikahın yaratdığı sosial-psixoloji problemlər barədə məlumatlandırılması, onların sağlam və məsuliyyətli həyat tərzinə təşviq olunması olub. Çıxış edənlər mövzu ətrafında geniş məlumat verərək, erkən nikahın təhsil və şəxsi inkişaf üzərində mənfi təsirlərini vurğulayıblar.

Eyni zamanda, iştirakçılarla interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və real həyat nümunələri əsasında maarifləndirici fikirlər bölüşülüb.

Tədbirin sonunda tələbələrə tövsiyə olunub ki, gələcəklərini düzgün planlasınlar, zərərli vərdişlərdən uzaq dursunlar və sağlam həyat tərzini üstün tutsunlar.