Qəbələdə məktəbdə yanğın olub

22 İyun, 2026 - 12:35
Qəbələdə məktəbdə yanğın olub

‎İyunun 21-də gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

‎Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Qəbələdə məktəbdə yanğın olub
Qəbələdə məktəbdə yanğın olub