Bu məktəb fənn müəllimlərinin qəbuluna başlayıb
Şəki şəhəri 6 nömrəli tam orta məktəbə fənn müəllimlərinin qəbuluna başlanılır.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Təhsil müəssisəsində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək:
“Odur ki, qeyd olunan təhsil müəssisəsində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri sentyabr 3-dək müsahibə üçün qeydiyyatdan (https://forms.gle/4nHJ4E8pdUZ1Qv85A ) keçməyə dəvət edirik. Müsahibədə qiymətləndirmə göstəricisi (MİQ, DQ, və ya Sertifikatlaşdırma) 85% və daha yüksək olan ali təhsilli müəllimlər iştirak edə bilərlər".
n

