Təhsil idarəsinin nümayəndələri "Qarabağ"ın oyununu şagirdlərlə birgə izləyiblər

11 Dekabr, 2025 - 11:10

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri “Qarabağ” – “Ayaks” oyununu liseydə gecələyən şagirdlərlə birgə izləyiblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Qarabağ” – “Ayaks” qarşılaşması Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, idarənin sektor müdirləri Alqış Həsrətov, Rauf Əsədov, Zamiq Cəbiyev, idarənin əməkdaşları və lisey rəhbərliyinin iştirakı ilə liseydə gecələyən şagirdlərlə birlikdə izlənilib.

Təhsil idarəsinin nümayəndələri şagirdlərlə birgə oyuna baxaraq komandanı dəstəkləyib, onlarla səmimi söhbətlər aparıblar.