Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək

1 May, 2026 - 17:19
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 26 may tarixində Qax şəhərində vətəndaşları qəbul edəcək. 

"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.  
 
Adları çəkilən rayonların sakinləri 14 may  (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.