Qəbələdə qadın liderliyi və inkişaf imkanları müzakirə olunub

5 Mart, 2026 - 10:30
Qəbələdə qadın liderliyi və inkişaf imkanları müzakirə olunub

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qəbələdə təşkil olunan LevelUP Forumu çərçivəsində keçirilən “Glow & Grow” panel müzakirəsi baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, panel zamanı qadın liderliyi, təhsil və karyera inkişafı, sahibkarlıq imkanları və peşəkar yüksəliş mövzularında dəyərli fikir mübadiləsi aparılıb. Spikerlər öz uğur hekayələrini bölüşərək gənc xanımlara motivasiya və praktiki tövsiyələr veriblər.

Lamiyə Talverdiyevanın moderatorluğu ilə keçirilən panelin spikerləri Qəbələ rayonu üzrə Təhsil Sektorunun müdiri Arifə Bayramova, ARZU Qadın İnkişaf qrupunun sədiri, “ARZU” Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və İstehlakı koorperativinin sədiri və müəllim Arzu Mirzayeva, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova.

Forum gənc xanımlar üçün ilhamverici, maarifləndirici və şəbəkələşmə baxımından faydalı platforma oldu.

Tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və Qəbələ rayon MKS-nin 2 saylı kitabxana filialının tərəfdaşlığı ilə həyata keçirildi.