Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

25 May, 2026 - 12:04
Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-də keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-də olacaq.

Sözügedən imtahanlara qeydiyyat 1-8 iyun tarixlərində aparılacaq.