Qobustan rayon təhsil sektoruna yeni müdir təyin edilib

12 Fevral, 2026 - 14:02
Qobustan rayon təhsil sektoruna yeni müdir təyin edilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsi müdiri Ramin Abbasovun müvafiq əmri ilə Anar Məhəmmədəmin oğlu Osmanova 10 fevral 2026-cı il tarixindən Qobustan rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsi həvalə edilib.

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, Anar Osmanov tam orta təhsilini 2008-ci ildə Şamaxı şəhər M.Hadi adına 9 saylı tam orta məktəbdə alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat fakültəsində "Riyaziyyat-informatika" ixtisası təhsili alıb. Əmək fəaliyyətinə 2009-cu ildə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində riyaziyyat və informatika müəllimi kimi başlayıb.

2022-ci ildən bu təyinata qədər  Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunda məsləhətçi vəzifəsində çalışıb.