Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib
16 aprel tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib.
İnstitutdan “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda “Riyazi Fizika Tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., Bağırov Şirmayıl Həsən oğlu “Sonsuz oblastda yarımxətti parabolik tənliklər sisteminin qlobal həllinin yoxluğu”adlı məruzə ilə çıxış edib.
Məruzədə oturacağı kompaktın xarici olan sonsuz silindrdə sinqulyar potensiallı yarımxətti parabolik tənliklər sisteminə baxılıb. Fəzanın ölçüsündən, qeyr-xəttiliyin dərəcəsindən və sinqulyarlıq əmsalından asılı olaraq qlobal həllərin yoxluğunu təmin edən kafi şərtlər tapılacaq.Bəzi hallarda alınan şərtlərin dəqiqliyi yoxlanılıb.


