AMEA-da elmi fəaliyyət yeni metodla qiymətləndiriləcək

25 İyun, 2026 - 15:29
AMEA-da elmi fəaliyyət yeni metodla qiymətləndiriləcək

"2027-ci ildə AMEA-da elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır və həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında söyləyib.

Akademik prosesin mərhələli şəkildə inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: "Bu gün qeyd olunan elmmetrik qiymətləndirmə metodundan Qazaxıstan, Rusiya, Yunanıstan, Polşada geniş istifadə edilir".

AMEA prezidenti dünya elminin bu istiqamətə doğru yönəldiyini, kağız vasitəsilə təqdim edilən hesabatların kağız üzərində qaldığını, öz aktuallığını itirdiyini, dünyada kağız hesabatlardan sürətli rəqəmsal hesabata keçildiyini söyləyib.