Rusiyada məktəbdə qumbara partladı: Xəsarət alanlar var
Rusiyanın Moskva vilayətinin Şyolkov şəhərindəki məktəblərdən birində antiterror təhlükəsizliyi üzrə təlim zamanı qumbara partlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, hadisə Serkovo kəndindəki 21 nömrəli məktəbdə baş verib. İlkin məlumata görə, təlim zamanı məktəbin pəncərəsindən binanın içərisinə səs qumbarası atılıb. Qumbara masanın üzərinə düşərək partlayıb.
Partlayış nəticəsində yaxınlıqda olan dörd müəllim xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.




