Rusiyada məktəbdə silahlı insident baş verib

12 May, 2026 - 14:21
Rusiyada məktəbdə silahlı insident baş verib

Rusiyanın Krasnodar diyarının Qulkeviçski rayonunda yerləşən 1 nömrəli ümumtəhsil məktəbində silahlı insident baş verib. 

"Azərbaycan müəllimi" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə 9-cu sinif şagirdi tərəfindən törədilib və nəticədə iki şagird xəsarət alıb.

Məlumata görə, yeniyetmə pnevmatik silaha bənzər əşya ilə məktəbdə bir neçə dəfə atəş açıb. Hadisədən sonra o, ərazidən uzaqlaşıb, lakin polis tərəfindən qısa müddət ərzində saxlanılıb.

Yaralanan şagirdlər xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı məktəbdə və mühafizə xidmətində yoxlamalara başlanılıb, həmçinin prokurorluq araşdırma aparır.

Rəsmilər məktəbə psixoloqların cəlb olunduğunu və şagirdlərə, valideynlərə psixoloji dəstək göstərildiyini açıqlayıb.