Saatlı məktəbliləri beynəlxalq idman yarışında yenidən qalib olublar 

28 Avqust, 2026 - 16:29
Saatlı məktəbliləri beynəlxalq idman yarışında yenidən qalib olublar 

Saatlı məktəbliləri Türkiyədə keçirilən Beynəlxalq Ahmet İnceçubuk cüdo turnirində (Uluslararası Ahmet İnceçubuk Judo Turnuvası) fərqləniblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, Saatlı rayonu Osman Mirzəyev adına Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri Mustafa Məmmədli 66 kq-da I yerə çıxaraq çempion olub, Yusif Dursunov isə 60 kq çəki dərəcəsində III yerə layiq görülüb. Turnirdə dünyanın 14 ölkəsindən 1700 idmançı iştirak edib.

Qeyd edək ki, sözügedən şagirdlər Şirinbəyli kənd tam orta ümumtəhsil məktəbinin IX sinfində təhsil alacaqlar. Onların məşqçi-müəllimi İsmayıl Mehralıyevdir.

Xatırladaq ki, sözügedən məktəblilər cari ilin mart ayında Özbəkistanda keçirilən beynəlxalq idman turnirində də yüksək nəticə göstəriblər.

Fotoda Mustafa Məmmədli:

Fotoda Yusif Dursunov:

Saatlı məktəbliləri beynəlxalq idman yarışında yenidən qalib olublar 
Saatlı məktəbliləri beynəlxalq idman yarışında yenidən qalib olublar