"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır

19 Noyabr, 2026 - 11:01
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır

ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsi keçiriləcək.

ARTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 19 noyabr saat 11:00-dan etibarən 18 dekabr saat 15:00-dək https://anket.edu.az/user/396 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

Bu il müsabiqənin formalarında dəyişiklik edildiyindən, iştirakçılar qeydiyyata başlamazdan əvvəl qaydaları diqqətlə oxumalı və yenilənmiş formalardan istifadə etməlidirlər.

Qeydiyyatdan yalnız layihəni təqdim edən şagird, kollektiv layihələrdə isə lider şagird keçməlidir. Lider şagird digər iştirakçının, elmi rəhbərin və varsa, mütəxəssis-alimin məlumatlarını daxil etməli, tələb olunan formaları düzgün və tam dolduraraq sistemə yükləməlidir. Müraciət bütün məlumat və sənədlər yoxlanıldıqdan sonra 18 dekabr 2026-cı il tarixinədək təsdiqlənməlidir.

Mümkün texniki çətinlikləri və sənədlərin tamamlanmasına tələb olunan vaxtı nəzərə alaraq qeydiyyatın və müraciətin təsdiqinin son günə saxlanılmaması tövsiyə olunur.

Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.

Sabahın alimləri XVI Qaydalar

Annotasiya və sertifikasiya

Layihənin tərtib forması

Forma 1

Forma 1A

Forma 1B

Forma 2A

Forma 2B

Forma 2C

Forma 3

Forma 4

Forma 4-razılıq-forması

Forma 5A

Forma 5B

Forma 6A

Forma 6B

Forma 7

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən şagirdlər Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Əlavə suallar yaranarsa, aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Mob: +99451 8167817 (whatsapp)

Mail: sabahinalimleri@edu.gov.az