SABAH qruplarında tədris aparmaq istəyən müəllimlərin NƏZƏRİNƏ!
UNEC-də 2026/2027-ci tədris ilinin payız semestrində bakalavriat və magistratura səviyyələrində azərbaycan və ingilis dili bölmələri üzrə İqtisadiyyat (bakalavr və magistratura), Maliyyə (bakalavr və magistratura), Kompüter mühəndisliyi (bakalavr), İnformasiya texnologiyaları (bakalavr), İnformasiya təhlükəsizliyi (bakalavr), Kompüter elmləri (bakalavr yalnız azərbaycan dili), Qida mühəndisliyi (bakalavr yalnız azərbaycan dili) ixtisasları üzrə SABAH qruplarına tədrisə cəlb edilməsi məqsədilə müəllim seçimi müsabiqəsi elan edilir (fənlərin siyahısı).
Bu barədə "Azərbaycan müəllimi"nə UNEC-dən məlumat verilib.
Bildirilib ki, hər bir seçilən müəllim yalnız bir fənni tədris edəcək. Ona görə ilk növbədə tədris etmək arzusunda olduğunuz fənni sırada birinci qeyd edilməsi xahiş olunur. Seçimdə iştirak etmək üçün müraciətlərinin qəbulu 17.08.2026-24.08.2026-ci il tarixlərində aparılacaqdır.
Müsabiqə 2 mərhələdə təşkil ediləcəkdir:
CV dəyərləndirilməsi mərhələsi (26.08.2026 - 28.08.2026)
Müsahibə mərhələsi (01.09.2026 – 10.09.2026)
Seçim müsabiqəsində iştirak etmək istəyən namizədlər təqdim olunan keçidə (https://forms.cloud.microsoft/r/74T65JiSWM) daxil olaraq qeydiyyatdan keçməli və tədris edəcəyi fənləri seçməlidirlər. Namizədlər elektron qaydada sistemdə qeyd olunan xanaları doldurmalıdırlar (iş yeriniz haqqında tam məlumatları müvafiq xanaya və bundan başqa təqdim edilən e-mail ünvanına CV-ləri mütləq yükləməlidirlər). (e-mail tedris@unec.edu.az).
Müsabiqədə elmi dərəcəyə və elmi ada malik olan namizədlərə, xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinin məzunlarına və müvafiq ixtisas sahəsi üzrə dövlət və özəl sektorlarda çalışan mütəxəssislərə üstünlük verilir. Magistratura səviyyəsinə müraciət edən namizədlərin elmi dərəcəyə və ya ixtisas üzrə 5 illik iş təcrübəyə malik olmaları tələb olunur.
QEYD: Hər bir namizəd bir neçə fənn seçə bilər, lakin komissiyanın qiymətləndirməsinə əsasən yalnız bir fənn üzrə tədris fəaliyyətinə cəlb olunacaqdır.




