Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 Dekabr, 2024 - 19:28
Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ
Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

Matəm günü, dekabrın 26-da Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.

Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfər olub. Onlardan 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar olaraq dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.