"SABAHcity" layihəsi çərçivəsində artıq üç ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub
“SABAHcity" layihəsi çərçivəsində artıq üç ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov Təhsil TV-yə müsahibəsində deyib.
Nihat Məcidovun sözlərinə görə, infrastruktur hazır olduqdan sonra həmin ali təhsil müəssisələrinin tələbələrinin bu məkanda yerləşməsi nəzərdə tutulur.
O bildirib ki, tələbələr mərhələli şəkildə cəlb olunduqca onların müxtəlif tədris proqramlarında iştirakı təmin ediləcək. Layihə çərçivəsində yalnız tədris proqramları deyil, eyni zamanda startap yol xəritəsi proqramları, startap ekosistemi təşəbbüsləri və mentorluq proqramları da həyata keçiriləcək.
Baş icraçı direktor vurğulayıb ki, əsas məqsəd tələbələrin bu mühitlə yaxından tanış olmasını təmin etmək, onların potensialından maksimum istifadə etmək və gənclərə innovasiya ruhunu aşılamaqdır.



