SAF 2025-in qalibləri mükafatlandırılıblar

20 Noyabr, 2025 - 10:25

Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) bağlanış mərasimi keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bağlanış mərasimində açılış nitqi ilə çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.

Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-ə dair videoicmal nümayiş etdirilib. 
 
Sonra hər kateqoriya üzrə keçirilən yarışlarda I yerin qalibləri mükafatlandırılıblar. Bildirilib ki, I yer tutan qalib komandalar Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan və Slovakiyanı təmsil edirlər. 

Mükafatlandırma mərasimi bədii hissə ilə başa çatıb.

Qeyd edək ki, bu il artıq 5-ci dəfə təşkil olunan STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar baş tutub. Festivalda Azərbaycanla birgə ümumilikdə 22 ölkə təmsil olunub. 

Festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı gənclərin üzə çıxarılması, eləcə də innovativ layihə və həllərin hazırlanmasının dəstəklənməsidir.
 
Qeyd edək ki, STEAM – beş əsas sahənin birgə və inteqrasiya olunmuş şəkildə tədrisini əhatə edən modeldir. Bu yanaşma elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatın (Math) birgə öyrədilməsi ideyası üzərində qurulub.