Şagirdlər üçün süni intellekt aləti hazırlanıb

24 Fevral, 2026 - 11:39
Şagirdlər üçün süni intellekt aləti hazırlanıb

Şagirdlər üçün süni intellekt əsaslı köməkçi təqdim olunub.

“Microsoft” və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə şagirdlərə dəstək üçün hazırlanmış süni intellekt əsaslı köməkçi təhsilalanın öyrənmə səviyyəsinə və tədris proqramına uyğunlaşdırılmış alətdir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib. 

O bildirib ki, “Rəqəmsal məktəb” platformasında təqdim edilən bu köməkçi fərdiləşdirilmiş öyrənmə dəstəyi verir və yerli təhsil ehtiyacları nəzərə alınmaqla hazırlanıb. Vüsal Xanlarov qeyd edib ki, bu texnologiya rəqəmsal təhsil mühitinin yaradılmasına, rəqəmsal bacarıqların inkişafına, rəqəmsal savadlılığa, adaptiv öyrənməyə və fərdiləşdirilmiş tədrisə imkan verir.