Şəmkirdə “Şahin” hərbi-idman oyunları başa çatıb
Şəmkir rayonu üzrə ümumtəhsil məktəbləri arasında keçirilən “Şahin” hərbi-idman oyunları uğurla yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, birincilikdə rayonun 51 ümumtəhsil məktəbinin komandaları iştirak edib, ümumilikdə 714 nəfər şagird öz fiziki hazırlığını və hərbi-idman bacarıqlarını nümayiş etdirib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların nəticələrinə əsasən:
I yer — Şəmkir rayonu Səlahəddin Məmmədov adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi;
II yer — Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey;
III yer —Şəmkir rayonu Yaşar Əsgərov adına Mahmudlu kənd tam orta ümumtəhsil məktəbi komandası layiq görülmüşdür
Qalib komandalar təşkilatçılar tərəfindən diplom və mükafatlarla təltif olunublar.



