Seysmoloji Xidmət Mərkəzi Oksford Universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Oksford Universiteti ilə paleoseysmoloji tədqiqatlar aparır.
"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzin baş direktoru Qurban Yetirmişli "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, vaxtilə Salyan, Göyçay, Ağsu, Şamaxıda 7.5 və 7.6 bal gücündə zəlzələlər olub:
"Həmin dövrlərdə elm o qədər inkişaf etmədiyindən onların gücü ölçülə bilməyib. 1902-ci ildə baş verən zəlzələnin o vaxt 6.9 bal gücündə olduğu təxmin edilirdi. Sonrakı tədqiqatlarda isə əslində 7.4 bal gücündə olduğu müəyyənləşdi".



