Sınaq imtahanının nəticələri AÇIQLANDI

16 Aprel, 2025 - 16:41
Sınaq imtahanının nəticələri AÇIQLANDI
Sınaq imtahanının nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.

Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.