Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb

26 May, 2026 - 11:20
Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb

Moldova Azərbaycanlıları Konqresinin həftəsonu məktəbinin şagirdi Damla Şahhüseynli “INFOMATRIX 2026” beynəlxalq müsabiqəsində bürünc medal qazanıb.

“Azərbaycan müəllimi” Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, İnformasiya texnologiyaları, robototexnika və innovativ layihələr üzrə dünyanın ən nüfuzlu yarışlarından biri olan müsabiqədə 30-a yaxın ölkədən 400-dən çox iştirakçı bir araya gəlib.

Damla Şahhüseynli “Səslə aktivləşdirilən ağıllı işıqlandırma sistemi” (Sound-Activated Smart Lighting System - SASLS) adlı layihə ilə çıxış edərək III yerin sahibi olub.

Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb
Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb
Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb
Soydaşımız beynəlxalq müsabiqədə uğur qazanıb